adalet.az header logo
  • Bakı 7°C
13 Mart 2018 11:20
13272
DÜNYA
A- A+

Türkiyədə avtobusun TIR-a çırpılması nəticəsində 10 nəfər ölüb - SON DURUM

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda avtobusun TIR-a çırpılması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 
 
Adalet.az-ın xəbərinə görə, 18 nəfərin xəsarət aldığı bildirilir. 
 
Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) çırpılaraq yanıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölü sayının artacağı ehtimal edilir.