adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Mart 2018 10:12
11526
HADİSƏ
A- A+

Qubada 69 yaşlı kişi yanaraq ölüb

Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.

Adalet.az xəbər verir ki, FHN-dən AzVision.az-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun meyiti aşkar olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.