ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Sabahın xeyir, Füzuli qardaş!

6828    |   2018-03-13 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onunla mütəmadi olaraq qarşılaşırıq. Bir-birimizə sayğı göstəririk. Xoş üzlə, mehribanlıqla əl verib, görüşürük. Sifətində işıq, nur görürəm. Elə bil dünyanı mənə bağışlayırlar. Gündəlik çıxan "Ədalət" qəzetinin hər nömrəsini mənə o gətirir.
Çox sadə, mehriban insandır. Hələ üstəlik salamlaşmamızdan qürur duyur, qəlbi fərəhlənir, kədəri özündən uzaqlaşdırır, rahatçılıqla nəfəs alır, siqaretinə dərindən qullab vurur, tüstünü havaya piləyir.
Heç bilirsiz xoş ovqatla salamlaşmaq nə deməkdir? İç dünyamdan bir səs eşidirəm:
-Allahın bir adı da salamdır. Onun mənası belədir:
-Salam-bütün eyiblərdən uzaq, sağlamlıq verən!
Valideynləri ona Mövlanə Məhəmməd Füzulinin adını vermişlər. M.Füzuli: "Salam verdim, rüşvət deyildi, deyə almadılar" ("Şikayətnamə"dən). Başqa bir bənd:

"Füzuli, rindü-şeydadır,
Həmişə xalqa rüsvadır
Sorun kim, bu nə sevdadır,
Bu sevdadan usanmazmı?

Məncə, kifayətdi mıs-mıs, keçirəm Mustafaya. Onu hamınız tanıyırsız. Rayon Mətbuatyayımı şöbəsində çeşidləyici işləyir. Kim Füzulidən narazı qalıb, mətbuatı vaxtında çatdırmadığına görə onunla cəngi-cidala çıxıb, ya harasa, kiməsə şikayətlənib? Ola bilməz! Məsəl var, deyir xoş ovqat yarat, sən dünyada olmayanda xeyirxah əməllərin, şirin sözün-söhbətin yada düşər, xatırlanarsan!
Qısa tərcümeyi hal: Füzuli Məmmədov 1964-cü ildə Biləsuvar şəhərində anadan olub. 1981-ci ildə N.Gəncəvi adına şəhər 1 saylı orta məktəbi bitirib. 1986-1998-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində sürücü kimi fəaliyyət göstərib. Poçt sürücüsü olması qəzet və jurnalları daim səhifələməsi ona mətbuatı elə o vaxtlardan sevdirib.
O dövrə son və indi 20 ildir ki, eyni iş yerindədir Füzuli. Biləsuvar Mətbuatyayımı şöbəsində çeşidləyici!
Yaddaş boxçamdan bir səs eşidirəm. Həzrəti Məhəmməd (S) deyir:
-Biri sənə əl uzadanda, sən onun əlindən ikiəlli yapış. Yolun o tərəfindədirsə, iri addımlarla keç onunla görüş, kef-əhvalını soruş.
Başqa bir zərb-məsəl: "Dost başa baxar, düşmən ayağa!" Füzuli bizim könül dostumuzdu. Narın düşüncələrimə heç imzamı da qoymuram. Özü oxuyanda biləcək, hiss edəcək ki, mən kiməm...
Sabahın xeyir, Füzuli qardaş!

Əlibala RƏHİMOV,
PUBLİSİST


İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK