Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Kəbirlilər Adalet.az | Kəbirlilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

Kəbirlilər

4672    |   2018-03-13 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Qarabağda isə xanlığın əsasını 1747-ci ildə Cavanşir sülaləsindən olan Pənahəli xan qoydu. Yeri gəlmişkən: Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Paytaxtı Bayat (1747-1751), Şahbulaq (1751), Şuşa (1751-1822) olmuşdur. Qarabağ xanlığının böyük şəhərləri Şuşa, Ağdam, Əsgəran, Meğri idi. Pul vahidi pənahabad, abbası, şahibqıran, şahı olmuşdur. Qarabağ xanlğını Azərbaycan türkləri-Pənahəli xan (1747-1763), İbrahimxəlil xan (1763-1806), Mehdiqulu xan (1806-1822) idarə etmişlər. Qarabağ xanlğında danışıq dili əsasən Azərbaycan türkcəsi, qismən də fars dili, din isə İslam (şiə) dini idi.
Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynayan Qarabağ xanlığı yarandığı gündən müstəqil olmuş və kiçik dövlət qurumu kimi sərbəst fəaliyyətə başlamışdır. Qısa müddətdə tərəqqi tapmış, digər siyasi opponentləri arasında ciddi xanlıq kimi tanınmışdır.
Qarabağ xanlığı 25 mahaldan ibarət idi. Xanlığın mərkəzi Şuşa şəhəri idi. Xanlığa bağlı olan mahallar aşağıdakılardır:
Cavanşir-Dizaq, Xırdapara-Dizaq, Dizaq, Dizaq-Cəbrayıllı, Çulundur, Püsyan, Mehri, Bərgüşad, Qaraçorlu, Bağabürd, Küpara, Əcənan, Sisyan, Tatev, Vərəndə, Xaçın, Çiləbörd, Talış, Kolanı, Dəmirçihəsənli, İyirmidörd, Otuziki, I Kəbirli, II Kəbirli. Cavanşir
Milman A. Qarabağ xanlığında 21 mahalın olduğunu qeyd edir. Bax:Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya).-Baku, 1966, str. 44.
Onu da deyək ki, Pənahəli xanın arvadı da Kəbirli qızı idi. O, Hacı Əli bəy Kəbirlinin qızı Xanxanım xanımla evlənmişdi. Bu evlilikdən üç oğlu olmuşdu. Böyüyü İbrahimxəlil ağa, ortancılı Mehrəli ağa, kiçiyi isə Talıbxan ağa idi.
Pənahəli xan Bayat qalasını qaynı-hərbi mühəndis Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti və onun başçılığıi ilə tikmişdi. Həmin vaxta qədər Bayat qalasının yerləşdiyi ərazi bazar idi. Pənahəli xan Bayat bazarını onun sahiblərindən alıb qala biçiminə saldı. Bayatı Qarabağ xanlığının paytaxtı edib idarəçiliyə başladı.
Hacı Səhliyalı bəy Pənahəli xana dayaq durub, xanlığın qurucularından biri oldu. Hacı Səhliyalı bəy Şəki hakimi Hacı Çələbinin hücumunun dəf olunmasında da məxsusi fəallıq göstərdi. Xanın ən sadiq silahdaşları sırasında kəbirlilər sarıcalılardan sonra önəmli yer tuturdular. Bu etibarı görən Pənahəli xan yüksək vəzifələri bölüşdürərkən kəbirlilərə layiqli yer verdi. Hacı Səhliyalı bəyin oğulları Hacı Hüseynəli bəy və Əli bəy Ibrahimxəlil xanın etibarlı dayaqlarından sayılırdılar. Bununla bərabər Kəbirli bəylərindən Mirzə Haqverdi, Mirzə Allahqulu, Xacə Həsən Əcəmoğlu, Kərbəlayı Hüseyn bəy, Həsən bəy və başqaları da sarayda, eləcə də dövlət işlərində yüksək vəzifələrə irəli çəkildilər.
1806-cı ildə İbrahimxəlil xan Cavanşirin Qacarlar ilə birləşməsindən şübhələnən başda mayor Lisaneviç olmaqla rus hərbçiləri heç bir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə gülləbaran edildilər. Qətlə yetirilənlər içərisində Ibrahimxəlil xan Cavanşirə son ana qədər sədaqət göstərən Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi bəy Əli bəy oğlu Kəbirli və Xacə Həsən Əcəmoğlu Kəbirli də vardı.
Hacı Hüseynəli bəyin oğulları Fərzalı bəy, Mirzalı bəy, Hacı bəy və qardaşı Əli bəyin oğulları Səfərəli bəy, Kəlbəli bəy Alı bəy dövlət işlərində mühüm vəzifələrə yiyələnmişdilər. Mirzalı bəy Ikinci Kəbirli mahalının, Fərzalı bəyin oğlu Məhəmmədəli bəy isə (əvvəlcə divanbəyi idi. F.Ş.) Birinci Kəbirli mahalının naibi olmuşdu.
Mirzalı bəy rusların Qarabağda hakimiyyəti zamanında da kapitan rütbəsində çalışmışdı.
Fərzalı bəyin digər oğulları Ismayıl bəy və Kərim bəy də Mehdiqulu xanın hakimiyyəti dövründə müəyyən vəzifə tutmuşdular.
Xanlığın sayılan-seçilən şəxslərindən biri olan Hacı bəy Kəbirlinin oğlu Mehdi bəy böyük mülk yiyəsi olmaqla bərabər, həm də iti qələm sahibi idi. Zəmanəsinin eybəcərliklərini satirik ruhda nəzmə çəkirdi. Qarabağın tanınmış şairləri Zakir, Şakir və başqaları kimi o da həcv yazmağa meyilli idi. Dörünün ünlü şəxsləri ilə yazışmaları qalmaqdadır.
Hacı bəyin digər oğlu Cəfər bəy Qarabağ atlı alayında xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Hacı bəyin üçüncü oğlu Hümbətəli bəy mülklərinin idarəsi ilə məşğul idi. Mirzə Haqverdi bəyin oğulları Mirzə Əli, Mirzə Məhəmmədkərim, Mirzə Məhərrəm və Rüstəm bəy xanlıqda vəzifə tutmuşdular. Mirzə Əli ali dini və dünyəvi təhsil almışdı. Şuşa şəhərinin qazısı olmuşdu. Şair idi. Oğlu Mirzə Əbülqasım atasını qazılıqda əvəz etmişdi. O də qələmini sözdə sınamışdı. Mirzə Əlinin digər oğlu Mirzə Haqverdi də xoştəb şair idi. Üçüncü oğlu Yusif bəy dövlət işlərində çalışırdı. Mirzə Məhəmmədkərim də ali savad almışdı. Mehdiqulu xanın yaxınlarından sayılırdı. Mirzə Məhəmmədkərimin oğlu Mirzə Əbdülkərimin kollec qeydiyyatçısı mülkü çini vardı. Şuşa qəza məhkəməsində katib işləmişdi. Qardaşları Əbdüləzim bəy və Əsəd bəy rus üsul idarəsi dönəmində üzdə olan adamlardan sayılırdılar. Əsəd bəyin oğlu Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın böyük yazarları cərgəsindəndir. Mirzə Haqverdi bəyin digər oğulları Mirzə Məhərrəm və Rüstəm bəy dövlət idarələrində vəzifə tutmuşdular.

Kəbirli elinin şair
və yazıçıları

Kəbirli eli yalnız ictimai-siyasi xadimlər yetişdirməyib, bu eldən həm də çoxlu sayda şairlər və yazıçılar pərvəriş tapıb. Şairlərdən Qazı Mirzə Əli bəy mirzə Haqverdi bəy oğlu (?-1840), Qazı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu (1803-?), Mirzə Haqverdi bəy Mirzə Əli bəy oğlu Səfa (1805-1881), Abbas bəy Həsən bəy oğlu Pərioğlu (1830-1886), Ismayıl bəy Mirzə Allahqulu bəy oğlu Darğa (1840-1891), Həsən bəy Alı yüzbaşı oğlu (1841-1904), yazıçılardan Əbdürrəhim bəy Haqverdiyev (1870-1934), İskəndər Novruzlu (1917-1958,) Süleyman Sani Axundov (1875-1939) və başqaları ilə kəbirlilər bu gün də fəxr edirlər.
Abbas bəy Həsən bəy oğlu Həsənbəyov 1830-cu ildə Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Əvvəlcə molla yanında oxumuş, sonra isə Şuşa qəza məktəbini bitirmişdir. Dövlət idarələrində məmur işləmişdi. Kollej katibi mülki çini almışdı.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK