Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Soldun günahımdan, məni bağışla Adalet.az | Soldun günahımdan, məni bağışla Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Soldun günahımdan, məni bağışla

12344    |   2018-03-13 00:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ADİL QASIMLI - 80

Müasir poeziyamızda öz poetik səsi, orijinal deyim tərzi ilə seçilən Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan şairlərdəndir. Şeirləri ilə müntəzəm olaraq respublika qəzet və jurnallarında çıxış edən şairin "Pıçıltılar" adlı ilk kitabı 1969-cu ildə işıq üzü görmüşdür. Hələ ilk poetik nümunələrindən oxucu və ədəbi tənqidin nəzər-diqqətini çəkən şairin sonrakı illərdə çap olunan "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm" kitablarını, Azərbaycan radiosunda səhnələşdirilərək dinləyicilərə təqdim edilən "Cəsarət" və "Yaşılobanın nağılları" poemalarını, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulan "Aylı gecənin qaranlığında" pyesini oxucular, dinləyici və tamaşaçılar məhəbbətlə qarşılamış, ədəbi tənqid yüksək qiymətləndirmişdir. Şairin bir sıra şeirləri xarici ölkələrin ədəbi orqanlarında çap edilmişdir.


HANI MƏNİM AND YERİM

Öz imanımdan dönüb, özgəsinə haqq dedim,
Gör kimə səcdə edib, gör kimə Allah dedim.
Həqiqəti biləndə köks ötürüb: - Ah! - dedim, -
Kimə etibar edim, inanım bundan belə?!

Yalan dərzləri axır döyülüb toza çıxdı,
"Cənnətə" aparan yol quru bir düzə çıxdı.
Yalançı allahların astarı üzə çıxdı, -
Kimə etibar edim, inanım bundan belə?!

O kəs ki hay-harayla təkrar edir bir andı,
Axı, hardan biləsən sədaqəti bir andı.
Bu gün təpik vuran da dünən çəpik vurandı,
Kimə etibar edim, inanım bundan belə?!

Təzəni tərifləyib, yamanlama boyatı,
Ha yoğur, ha kündələ, maya həmin mayadı.
Hörmət deyilən şey də loxmayadı, payadı,
Kimə etibar edim, inanım bundan belə?!

Hanı mənim and yerim, varmı elə bir ocaq?
"Göy üzü damar-damar", göydən nur dammır ancaq.
Kürəyimdə titrəyir "qardaşım" vuran bıçaq,
Kimə etibar edim, inanım bundan belə?!

BAŞ AÇMIRIQ

Nə qəmliyik, nə də ki şad,
Nə doğmayıq, nə də ki yad.
Özümüzə verək nə ad,
Baş açmırıq özümüzdən.

Beynimizi bir səs yeyir:
"Xeyir Şərdi, Şər də Xeyir",
İçimizdə qəm göynəyir,
Gülüş yağır üzümüzdən.

Sönür maraq, ölür heyrət,
Gəlir qorxu, gedir cürət.
Hansı qüvvə, hansı qüdrət
Xilas edər bizi bizdən?!

Zalım bizik, fağır da biz,
Qalay bizik, paxır da biz.
Nə olarıq axırda biz,
Nə göyərər izimizdən?!


MƏLİKMƏMMƏD HARAYI

Hanı harayıma hay verən bəndə,
Kəsib kəndirimi namərd qardaşlar.
Dilimə bir kəlmə haqq söz gələndə
Üstümə yüz yerdən ələnir daşlar,
Hardasan, hardasan, a Simurq quşu?

Divi yelpikləyən gözəl aldanıb,
Onunla nəşədə, kefdədi indi.
Şüşədə nə gəzir, divlərin canı
Qılınc parçalamaz seyfdədi indi.
Hardasan, hardasan, a Simurq quşu?

Qırx otaq açardım, alıb qırx açar,
İndi kimdi sayan, ha qılınc sıyır.
Tilsimli qapılar açmağa nə var,
Meşin qapıları açmaq olmayır.
Hardasan, hardasan, a Simurq quşu?

Elə düşünürdüm günün birində
Ağ qoçla qara qoç gələcək qoşa.
Qara qoç hərlənir həndəvərimdə,
Ağ qoçu nə vaxtdan çəkiblər şişə;
Hardasan, hardasan, a Simurq quşu?

Ayırıb ağzını hey hədyan deyir,-
Dünyanın elə bir əjdahası var.
Gündə bir adamla o doyan deyil,
Ərzi bütöv udmaq iştahası var;
Hardasan, hardasan, a Simurq quşu?

Divləri yuxuya vermək müşgüldür,
Yuxlayan baxtımdır, hələ də yatır.
Barı səsin gəlsin, yerini bildir,
Gümanım tək sənin qanadınadır.
Hardasan, hardasan, a Simurq quşu?!


AVTOPORTRET

Sanar ki, dünyanın əhli-kefiyəm
Dəli gülüşümü eşitsə hər kim.
Boyum bir balaca qısadır, nə qəm,
Dilim qısa olsa dərd eləyərdim.

Sərtlik sıxsa məni məngənə kimi,
Sınmaram, içimdə qəzəb hayqırar.
Polad bərkliyimi, möhkəmliyimi
Zəriflik sındırar, yumşaqlıq qırar.

Deyirlər ki, təkəm, Robinzon təki,
Bu sözdə həqiqət, bu sözdə haqq var.
Hər əli əyriyə əl vermirəm ki,
Əlimdə əlinin ləkəsi qalar.

Düşünən tapılar, nə vaxtsa guya,
Axarına axan su olacağam.
Belə doğulmuşam, nəyəmsə buyam,
Axıra kimi də bu olacağam.


MƏNİ BAĞIŞLA

Qızların gözüyüdün, göyçəyi idin,
Xəyalı sevgimin gerçəyi idin.
Baxtımın açılmış çiçəyi idin,
Soldun günahımdan, məni bağışla,
Sönər gün ahımdan, məni bağışla.

Harda olsan sənə çatası idim,-
Vergiydin - məhəbbət butası idin.
Mən səni qızıla tutası idim,
Olmadı o ləlim, məni bağışla,
Bağışla, gözəlim, məni bağışla.

Coşğunluğu bənzər çaya sevginin,
Dayanmaz önündə qaya sevginin.
Çıxdım qarşısına dərya sevginin
Damla məhəbbətlə, məni bağışla,
Danla məhəbbətlə, məni bağışla.
Məndən yüz qat artıq sən gərdin sinə
Evin qayğısına, çölün işinə.
Cavabım nə oldu nəvazişinə?!..
Yansın acı dilim, məni bağışla,
Bağışla, sevgilim, məni bağışla.

O yol ki, tutmuşdum, geri dönmədim,
Qüruru qorudum, arı danmadım.
Səni ürəyimcə yarıdammadım,
Nə qədər istədim, məni bağışla,
A tale qismətim, məni bağışla.

Mənim ucumdandır, bunu bilirəm,
Gözlərin altında kölgələnən qəm.
Dünyadan tək sənə borclu gedirəm,
Bilməsin bir kimsə, məni bağışla,
Bağışla, mümkünsə, məni bağışla!..


ŞEİR PƏRİSİNƏ

Qırılıb qanadım, qalmayıb tabım,
Bir də səmalarda uçan deyiləm.
Taleyin əlilə çırpılıb qapım,
Yüz kərə döysən də açan deyiləm.
Məndən uzaq dolan, şeir pərisi.

Soyuyan, söngüyən ocağam indi,
Necə soyuq külün altından çıxım?
Söz düzüb- qoşmaqdan uzağam indi,
Daha şairliyim yadımdan çıxıb.
Məndən uzaq dolan, şeir pərisi.

Şeirsiz, ilhamsız qəmli gecələr
Bir bayquş sədası qulağı dəlir.
Şair sözlərindən sevgi saçılar,
Mənim sözlərimdən qan iyi gəlir.
Məndən uzaq dolan, şeir pərisi.

Şairlər köksünü gərər qurşuna,
Şairlər doğular dərdə dözümdən.
Hanı qoşulanı haqq vuruşuna?..
Şairlər düşübdü elin gözündən.
Məndən uzaq dolan, şeir pərisi.


İlahi söz gəzir əlimdə qələm,
Gərilmiş bir yaydır əsəb tarımda.
Üzü göylərəyəm, bir kimsə bu dəm
Olammaz Allahla mənim aramda.
Məndən uzaq dolan, şeir pərisi.

YALQIZ QOYMARAM SƏNİ

Gedirəm, yenə dönərəm,
Sönürəm, yenə yanaram,
Çiçəklər boy verəndə
Torpaqdan boylanaram,
Yalqız qoymaram səni.

Gözlərin dolmasın yaşla,
O qəmi, qüssəni boşla.
Durnalarla gedərəm,
Dönərəm qaranquşla,
Yalqız qoymaram səni.

Qorxma ki, gözdən itərəm,
Qəmli anında yetərəm.
Qonaram pəncərənə,
Cəh-cəh vurub ötərəm,
Yalqız qoymaram səni.

Bax, saysız ölüm köçünə,
Qapılıb qalma içinə.
Darıxsan eyvana çıx,
Ay olub, gəlləm gecənə,
Yalqız qoymaram səni.

Ürəyin qoy olsun aram,
Yoxluğun özündə varam.-
Xəyalında dolanar,
Xatirəndə yaşaram,
Yalqız qoymaram səni.


QUŞLAR QOŞALAŞAR

Qanadlanan iki quşduq,
Havalanıb uçduq...uçduq...
Quşlar qoşalaşar, bizsə,
Qoşalaşmadıq,
qovuşduq!

Baxma ki, həmin adamıq,
Biz indi bütövük, tamıq,
Səninkidir bu qəlb, bu can,
Mənimkidir o əl, ayaq.
Barmağına batan tikan
Ürəyimi qanadacaq.
Mən- sənəm,
Sənsə- özümsən,
Deyilsən ki, bir özgəsi.
Gözümsən, mənim gözümsən,
Üstündən çəkilməz bir an
Kipriklərimin kölgəsi.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK