adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Mart 2018 18:03
13798
DÜNYA
A- A+

Dinc sakinlər Afrini tərk etməyə başladı - GÖRÜNTÜLƏR

Türkiyə ordusu Afrinin mərkəzinin 2 kilometr yaxınlığında mövqe tutub. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir.

Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb.

TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd - Halidiyə terrorçulardan azad olunub.

Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır.

Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb.