Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Gündəmi dəyişən ABORT problemi Adalet.az | Gündəmi dəyişən ABORT problemi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gündəmi dəyişən ABORT problemi

11228    |   2018-03-12 17:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.

2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

S.Məmmədova deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.

S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

"Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:

"Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.

O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur:

S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:

"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir".

Adalet.az məsələnin aktuallığını nəzərə alıb ictimaiyyət nümayəndələri arasında sorğu keçirib. Bu neqativ halların baş vermə səbəbləri, qarşısının alınması yollarını araşdırıb.


"Güzgü Dəyişim” İnkişaf Mərkəzinin rəhbəri psixolog Fərqanə Mehmanqızı bildirib ki, belə faktlar, əsası olmayan xəbərlərlə qızların valideyinlər tərəfindən təhsildən yayınmalarına səbəb yaradıldığının fərqində deyillərm? .Hansı məktəb, hansı sinifdə, hansı həkim məktəbli şagirdləri abort edib ?? Bu cəfəngiyyatdı. Təhsil Nazirliyinin məktəblərin müəllimlərin, həkimlərin nüfuzuna zərər bir məlumatdi. .Ən önəmlisi isə Azərbaycan gəncliyinjn adına xələldi.. Məktəb yaşlı qızlar rayon yerlərində ailə qurur. Amma bu da abortla yox, doğuşla sonuclanır. Biz erken evliliklə cəmiyyət olaraq mübarizə apararkən durub belə xəbər yaymaq ən azı məsuliyyətsizlikdir. Faktlar varsa qoyulsun ortaya. Kim nə istəyir cəfəngiyyat danışmasın”.




Tele jurnalist Aynur Vəliqızı deyir ki, bu kimi halların baş verməməsi üçün valideynlər ciddi iş aparmalıdır: "Mənimdə qız övladım var. Hər bir valideyn istəyərki övladı məktəb vaxtı dərs oxusun. Bəlli bir yaşa gələndə təbii ki ailə qurmağını, övlad sahibi olmağını xəyal edirik. Zəmanəmizdə əgər uşaq götürülməsini pisləyib qınayıb buna son qoyacaq qanun layihələrinin qəbul edilməsini tələb edib həyata keçirilməsini gözlədiyimiz bir anda belə bir informasiya "azyaşlılarla bağlı həmdə" təbbi ki hər kəsə pis təsir etdi. Ümumiyyətlə belə məlumatların, xəbərlərin təsdiqini tapmamiş yayılmasının əlehinəyəm. Nə qədərki intiharlarla əxlaqsızlıqla, təcavüzlə bağlı xəbərlər veriləcək, onda bu tip hadisələrin sayı artacaq. Sanki uşaqlarımızın ğözünü açırıq. Ona görə bu xəbəri qınayıb yayılmasını tənqid edirəm, və valideyinlərə mümkün qədər uşaqlarını internetdən uzaq tutmalarını məsləhət görürəm. Şəxsən mənim evimdə internet yoxdu”.


Yeni Həyat Hümanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə qeyd edib ki, məktəb rəhbərlikləri məsələnin ciddiliyi nəzərə almalıdırlar: "Məktəb psixoloqları təhsil alan yeniyetmələrlə söhbətlər aparmalıdırlar. Təbii ki, məktəblə yanaşı valdeynlər də öz övladları üzərində nəzarəti artırmalı və məktəblə sıx əlaqədə olub onların davranışları haqqında müəllimlərlə, əsasən də sinif rəhbərləri ilə ciddi müzakirələr keçirməlidirlər. Daha çox davranış pozuntusu olan məktəblilərlə fərdi qaydada məktəb psixoloqları söhbətlər aparmalıdırlar. Çünki bu problemlərin ortaya çıxmaması üçün fərdi yanaşmaya üstünlük verilməlidir. Ona görə ki, yeniyetmələr daha çılğın olduqlarına görə toplum içərisində onlara söylənən həra hansı neqativ fikrə qarşı aqressiv davranış nümayiş etdirə bilirlər”.




ƏDİL ƏDİLZADƏ




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK