ANA SƏHİFƏ / YAZARLAR

Beyninə yaxşı bax, işlətməyi də unutma

2815    |   2018-03-12 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözcü qəzeti, Can Ataklı

Xoşuma gələn şeylər

Bazar ertəsi günü "Beyin həftəsi” başlayır. Mən də yenicə öyrənmişəm. Hər il bütün dünyada mart ayının üçüncü həftəsi "Dünya beyin həftəsi” olaraq qeyd edilir. Bu həftə boyunca yaddaş, riyaziyyat və məntiqlə bağlı bir çox yarışmlar təşkil olunur. Beyin həftəsinin məqsədi insanların diqqətini beynin səmərəli istifadəsi, beyin araşdırmaları, yaddaş və beyin sağlamlığı kimi mövzulara çəkməkdir. 

Bu bazar sizin üçün "Beyin həftəsi” ilə bağlı beyninizi səmərəli istifadə etməyiniz üçün "Şəxsi inkişaf mərkəzi”nin qurucusu Mümin Sekınanın hazırladığı və Taksim meydanında xalqa payladığı "Beyninə yaxşı bax” adlı kitabçasından bəzi ipuclarını təqdim edəcəyəm.

1. Beyin açıq havada ikən və ayaqda ikən daha yaxşı işləyir. İnsan beyninin ayaqda ikən təxminən yüzdə on dəfə daha yaxşı işləyir. Vacib qərarlarınızı qəbul edərkən qapalı yerdəsinizsə o baş – bu baş gəzməyi də yoxlaya bilərsiniz. 

2. Gəzərkən qolları yelləmək beynin performansına ciddi təsir edir. Vacic qərarlarınızı açıq havada, qollarınızı sağa-sola yelləyib gəzərkən vermək necə, razısınızmı?

3. Xarici dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarixi ya da öz dilinizdə yeni bir söz öyrənib istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış-veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi də yoxlaya bilərsiniz. 

4. Zehni gimnastika ilə məşğul olun. Bunun üçün tapmacalara cavab tapa bilərsiniz. Şahmat kimi zehni oyunlar oynayın. Yoqa ilə məşğul olun. 

5. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizdə daşıyın. Evinizə həmişə getdiyiniz yoldan fərqli bir yolla gedin. Ən azından televizorun "pult”unu tutmağı vərdiş etmədiyiniz əlinizlə tutun. 

6. İntellektual zövqlərinizi inkişaf etdirmək üçün hər gün mütləq yaxşı bir kitab oxuyun, beyninizi keyfiyyətli cümlələrlə bəsləyin. 

7. Hər gün gözəl bir rəsmə və ya fotoya baxmağa çalışın. Estetik zövqünüzü inkişaf etdirin. 

8. Sevdiyiniz bir musiqini gözləriniz bağlı dinləyin. 

9. Gündə ağlınızdan 60 min ilə 80 min arası düşüncə keçir. Bu düşüncələr nə haqqındadırsa, həyatınız da ona görə uyğunlaşır. Unutmayın, beyninizdə ən çox nəyi düşünürsünüzsə, həyatınızda həmin şey çoxalmağa başlayır. 

10. Bir mövzu haqqında düşünərkən necə düşünməyiniz haqqında fikirləşin. Düşünmək haqqında düşünmək sizing beyin və düşüncə bazanızı artırır. 

11. Yaxşı yatmağınız beyninizi dincəldir. Çox yatıram deyə heç vaxt təəssüflənməyin. Eynşteynin günlük 10 saatdan artıq yatdığı deyilir. 24 saatı keçən yuxusuzluq beyində sərxoşluğa bənzər bir təsir yaradır. 

12. Bol və təmiz oksigen beyin üçün çox vacibdir. Beynimiz ağırlıq olaraq vücudumuzun yüzdə ikisini təşkil etdiyi halda, vücuda gələn oksigenin yüzdə iyirmisini istifadə edir. Oksigensiz qaldığımızda ilk ölən orqan beyindir. Otağınızın pəncərəsini açaraq özünüzə bolluca oksigen əldə edin. 

13. Fərqli düşünmə tərzləri beynimizi inkişaf etdirir. Uşaqlar və heyvanlarla daha çox əlaqədə olun. Sizdən fərqli düşünən insanlarla danışın. 

14. İstifadə olunmayan orqan korşalır. Televizora baxıb beyninizi boş yerə yükləməyin. 

15. Beynin ən təhlükəli tərəfi də budur: "Başınıza gəlməyindən qorxduğunuz  şeyə diqqətinizi yönəldirsiniz, həmin şey də başınıza gəlir. Buna "tərs səy” deyilir. Diqqətinizi cəmlədiyiniz hədəf nə olursa olsun, bunu gerçəkləşdirmək üçün çalışır. Əgər kütlə qabağına çıxarkən "görəsən, həyəcanlanmayacam ki” deyə düşünsəniz, həyəcanlanacaqsınız.

16. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rəngləndirsəniz, bir o qədər nəşəli, sevincli olacaqsınız. 

17. Beyinə bir informasiya gəlincə, bu informasiyalardan birini silir. Buna "sehirli say” deyilir.  Bu qaydaya əməl etməsə beynimiz yüklənir. Həyatınızın ən böyük qərarlarını qəbul edərkən  bunu beyninizdə yox, ağ kağıza yazaraq edin. 

18. Sağlam baş sağlam bədəndə olur. Fiziki gümrahlıq, zehni gümrahlıq gətirir. Uzun zaman hərəkətsiz qalmaq zehni də passivlə.dirir. İdmanla məşğul olun, artıq çəkidən canınızı qurtarın.  Kifayət qədər su için, çünki insane beyninin 78 faizi sudur. 

19. Dərsə məşğul olarkən ilk öyrəndikləriniz, son öyrəndikləriniz, sıx-sıx təkrarladıqlarınız və ən maraqlıları ən çox yadınızda qalanlardır. Dərslə fasilərlə məşğul olmaq daha ağıllı hərəkətdir. 

20. Bu həftə başınızı daha yaxşı necə işlədə bilərsiniz deyə daha çox düşünün. Unutmayın, beynimizi daha yaxşı işlətmək üçün istifadə etdiyimiz orqan yenə beynimizdir. Ağlınızı başınıza yığın və işlədin!

Türkcədən çevirən Emin Akif




İmza:

YAZARIN ARXİVİ

2018-09-22 : SƏS ÖMRÜ
2018-09-21 : Ağdamda son azan
2018-09-20 : Liftin dramı
2018-09-20 : Şeyx qan verdi
2018-09-20 : TƏBRİK
2018-09-19 : İYDƏLİ PİR
2018-09-18 : NİZAMİ UCALIĞI
2018-09-18 : Hakim etikası
2018-09-18 : Xoşbəxtlik
2018-09-18 : VADAR OLDUM
2018-09-18 : Dayandur SEVGIN
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : QƏRAR
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : Avtoportretvari
2018-09-13 : O, əsl insan idi
2018-09-13 : Rüstəm Behrudi
2018-09-12 : O, əsl insan idi
2018-09-12 : Zaman və biz
2018-09-12 : KOR
2018-09-11 : Seyran İsmayıl
2018-09-08 : Canıyanan adam
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK