ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

7689    |   2018-03-12 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Texniki Universitetində (AzTU) 6-7 aprel 2018-ci il tarixlərində təşkil olunacaq Startap Günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla birgə toplantı keçirilib.

Toplantıda AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb. Prorektor qeyd edib ki, innovativ ideyaları olan onlarla tələbə Startap Günlərində iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Formun prezidenti Osman Gündüz Startap Günlərində iştirak edəcək tələbələrə layihə ilə bağlı geniş məlumat verib. Osman Gündüz çıxışında bildirib ki, Startap Günlərində əvvəlcə innovativ ideyaların yarışması olacaq: "Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Daha sonra həmin komandalar ideyalarını "biznes plan”a çevirərək münsiflər heyətinə təqdim edəcəklər”.

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev isə Startap Günlərində iştirak edəcək tələbələrə öz təcrübələrindən bəhs edib. Rəşad Əliyev ideyaların startapa necə çevrilməsi, həmçinin bunun metodları, komanda formalaşdırmağın önəmi haqqında tələbələrə geniş məlumat verib.

Sonda ekspertlər işçi qrupun üzvlərinin və tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, Startap Günləri AzTU-nun və Startap Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək. Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomları və sertifikatları təqdim olunacaq layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dəstək verir.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK