ANA SƏHİFƏ / ŞOU-BİZNES

Könül Xasıyeva: “Xalqımla vidalaşacağam...”

5513    |   2018-03-12 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hazırda özümü yaxşı hiss edirəm. Müalicələri ev şəraitində davam etdirirəm”

Adalet.az xəbər verir ki, bunu AzVision.az-a Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə qəbul etdiyi müalicələrdə irəliləyiş olduğunu bildirib.

"Mən və oğlum həmişə müalicə alacağıq. Problemimiz elədir ki, ömrümüzün sonuna kimi dərmanla yaşayacağıq. Səhhətimdə irəliləyiş var. Tutulan əl və ayağım, nitqim açılıb. Bir az ləngimə qalıb, o da ümid edirəm ki, düzələcək. Oğlum Kazımın da xəstəliyi səngiyib, məktəbə rahat gedə bilir. Ancaq xəstəliyi şiddətlənəndə dərslərindən geri qalır”.

Xalq artisti tamaşaçılarına vida konserti verəcəyini söyləyib: "Martın 16 , 17 və 18-də xalqımla vidalaşacağam. Çünki artıq solo konsertlər verməyə gücüm qalmayıb. Martın 17-də 50 yaşım tamam olur. 50 illiyimi tamaşaçılar arasında keçirəcəyəm. Konsertimə bir çox sənət yoldaşlarımı dəvət etmişəm, onlar da qatılıb mənə dəstək olacaqlar. Konsertə qədər evdən çölə çıxmıram ki, qripə yoluxmayım. Sağlamlığımın qeydinə qalıram”.



İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (30%)
Argentina (10%)
İspaniya (20%)
Almanıya (40%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK