adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Mart 2018 15:40
25131
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan kulinarlarının “Super Sun”la birgə növbəti uğuru

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın iştirakı ilə Maltada Beynəlxalq Kulinariya festivalına yekun vurulub.

"Azərsun Holdinq”dən Adalet.az-a verilən məlumata görə, Avropanın ən mötəbər kulinariya müsabiqələrindən olan bu tədbirdə 350-dən artıq kulinar iştirak edib. Ümumilikdə komandamız bu yarışda 4 fərdi sinifdə 3 gümüş, 1 fərqlənmə diplomu, 2 komanda sinfindən 2 bürünc medal əldə edib. İctimaiyyətin məlumatlandırılması məqsədi ilə təşkil edilmiş mətbuat konfransında, həmçinin, Türkiyənin İstanbul şəhərində və Dubayda keçirilmiş beynəlxalq müsabiqələrdə də uğurlu nəticələrin əldə edildiyi qeyd edilib.

Yarışda iştirak etmiş kulinarlar yeməklərin "Super Sun” yağı ilə bişirilməsi komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, "Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.