DSX narkotik qaçaqmalçılığının qarşısını aldı - Foto
Narkotik vasitələrin qaçaqmal yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, bu il martın 10-da Lənkəran Sərhəd Dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından iki nəfərin Azərbaycan istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb, sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq havanın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçıb.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus 535 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçı gəmisi tərəfindən həmin gün Astara rayonunun Şahağacı kəndi istiqamətində Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram narkotik vasitə olan heroin aşkar olunaraq dövriyyədən çıxarılıb. Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
23 Aprel 2024 20:20