adalet.az header logo
  • Bakı 13°C
12 Mart 2018 15:35
13245
İDMAN
A- A+

İNGİLİSLƏR RUSİYAYA KƏLLƏ ATDI

Böyük Britaniya Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini bildirib və qul beçələrini də çempionatı boykot etməyə çağırıb. Səbəb də onu göstərib ki, İngiltərəyə sığınan bir keqebeşniki qızıyla birlikdə ruslar zəhərləyib. Özü də bu, ikinci hadisədi. Belə çıxır ki, ingilislər öz qonaqlarını qoruya bilmirlər.

80-ci ildə də ABŞ Moskvada keçirilən olimpiadanı boykot elədi və ABŞ-ın qorxusundan 60 ölkə də bu boykota qoşuldu.

İndi baxaq görək ingilislərdən neçə dövlət qorxur?!

Qorxuram ruslar da qarabağlıların bir məşhur məsəlini çəkələr: «Gələn mənim yükümədi, gəlməyən də …» Mədəni dildə, vecimə də deyil.