ANA SƏHİFƏ / SİYASƏT

“Prezident seçkiləri ədalətli və şəffaf şəkildə keçiriləcək” - İlham Əliyev - Yenilənib

6719    |   2018-03-12 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulandı və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi bildirildi. Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunuldu. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.

Georgi Tsereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğuladı.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



İmza:

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

Milli Məclisin xüsusi iclası başa çatdı

İlham Əliyev Binəli Yıldırımla görüşdü - YENİLƏNİB

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Oqtay Əsədov: “Biz bir məqsədə qulluq edirik”

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü olub

Azərbaycan Prezidenti NATO baş katibinin müavinini qəbul edib - YENİLƏNİB

Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi

Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK