adalet.az header logo
  • Bakı 11°C
12 Mart 2018 15:32
11754
SİYASƏT
A- A+

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır” - Baş nazir

"Azərbaycana səfər etmək hər zaman bizim üçün xüsusi bir hadisədir”.

Bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və rəsmi Tibilisi bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır.

"Biz çox şadıq ki, ölkələrimizin iqtisadi münasibətləri inkişaf edir. Ötən il ikitərəfli ticarət-iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə artması ilə əlamətdar olub. Azərbaycan Gürcüstanın bir nömrəli investisiya tərəfdaşıdır”,- Giorgi Kvirikaşvili bildirib.