ANA SƏHİFƏ / İDMAN

Böyükağa Hacıyevin vəziyyəti daha da ağırlaşdı

5294    |   2018-03-12 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Atamın durumu yaxşı deyil, reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Əksinə, onu həyatda saxlayan dərmanlar da təsirini itirməyə başlayıb”.

Adalet.az-ın xəbərinə görə, bunu "Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev deyib. O, hazırda "Baku Medical Plaza”da müalicə alan atasının durumunun daha da pisləşdiyini bildirib: "Həkimlər əlacsız qalıblar. Çünki problem tək ürək deyil, beynindəki şiş hər şeyi pozur. İki əsas orqanın sıradan çıxması həkimlərə nəsə etməyə imkan vermir. Atam artıq heç kimi tanımır. Əməliyyat olunmasa, beyninin düzəlməyi mümkün deyil. Hazırkı vəziyyətdə isə əməliyyata girsə, sağ çıxmaz”.

Y.Hacıyev 59 yaşlı mütəxəssisin bu halda yaşamasının möcüzə olduğunu söyləyib. O, atasının qidalanmasının və danışmasının çətinləşdiyini vurğulayıb: "Ürəyi çox pis haldadır. Üç dəfə konsultasiya olub. İki dəfə Bakıda, bir dəfə Moskvada. Həkimlər deyir ki, bu halda yaşaması belə möcüzədir. Ağır infarkt keçirdi, amma həyatdadır. Əməliyyat oluna bilmədiyi üçün kardiologiyada olan ən ağır dərmanlarla həyatda saxlayırlar”.

B.Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulub.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK