Aqil ABBAS: AD QOYA BİLMƏDİYİM YAZI

AQİL ABBAS
63288 | 2018-03-13 11:52

Təhsil ekspertiKamran Əsədov belə bir açıqlama verib ki, son 3-4 ildə 1200 məktəbli qız (9,10,11-ci siniflər) abort etdirib. Saytlar və qəzetlər bu açıqlamanı tirajlayıb.Açıqlama gündəmə oturub və sosial şəbəkələrdədə müzakirələr gedir.

Çox qorxuncrəqəmdi. Və həqiqətə nə qədər uyğundur ?Çox təəssüf ki, aidiyyəti qurumlar, deyəkki, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq ProblemləriKomitəsi bununla bağlı hələ də biraçıqlama verməyib.

Bu məsələilə bağlı mən də nəsə yazmaq istədim, amma Sevinc Telmanqızının «Müsavat.com» saytındaKamran Əsədovun açıqlamasına cavab olaraq çox ciddi, ağıllı və tutarlı yazısını oxudum. Belə qərara gəldim ki, Sevinc xanımın yazısını həm saytımızda, həm də qəzetimizdə dərc edim ki, insanlar o qədər vahiməyə düşməsinlər. Sağ olsun Sevinc xanım ki, yuxarıda adlarını çəkdiyimüç qurumun əvəzinə Kamran Əsədovun açıqlamasına cavab verib (Yazını çapa verərəkəneşitdim ki, nəhayət Səhiyyə naziri bununla bağlı bir açıqlama verib.).

Mən başqabir nüansa toxunmaq istəyirəm, belə bir açıqlamanın çox ciddi bir zərəriola bilər. Bu fakta söykənib dini siyasəti alət edənlər ara qarışdırmağa cəhd edə bilərlər.Belə bir açıqlama onların əlinə göydəndüşməbir fürsət verə bilər. Necə ki millət vəkili Fazil MustafaAPA TV-yə açıqlamasında bildirib ki, əsrin əvvəlində bizdə ayrıca qızlarməktəbi olub və sair və ilaxır. Hörmətli Fazil bəy, 20-ci sərin əvvəlinəmiqayıdaq?!. Sizi Azərbaycanda ən böyük türkçülərdən biri sayırlar. Türklərintarixini, kültürünü, mədəniyyətini, ənənələrini məndən də yaxşıbilirsiniz.Türklərdə həmişə qadınla kişi bərabər hüquqa malik olub. Xanımlareşləri ilə birlikdə ova gediblər, döyüşə gediblər. Qarabağ savaşında da qadınlarımızərləri ilə, qardaşları ilə, hətta oğulları ilə bərabər çiyin-çiynəvuruşurdular. Bu gün Türkiyənin haqlıolaraq həyata keçirtdiyi "Zeytun Dalı” əməliyyatında da bunun şahidiyik.

Həttadin nə qədər düz göstərsə də, türk xalaqlarında qadın kişi bərabərliyini pozabilməyib.

Belə ki,dini siyasəti alət edənlər həm qızları məktəbdən yayındırmağa çalışarlar, həm də qızlarlaoğlanların ayrı-ayrı məktəblərdə oxumasını şüar edə bilər. Düzdür, buna nail ola bilməzlər,amma hər halda qan qaralda bilərlər.

Necə ki qardaşTürkiyədə artıq bu yöndə addımlar atılıbvə atılmaqdadı, xüsusi qız məktəbləri açılırvə getdikcə bunun sayı da artmaqdadı. Bildiyiniz kimi, hətta Türkiyədə məsələqaldırılıb ki, qadınlarla kişilər bir metroda, bir avtobusda getməsinlər, həttabir yerdə liftdən istifadə etməsinlər vəsair və ilaxır, at gəldi örkən apardı. Artıqbir çox bələdiyyələrdə də belə avtobuslarayrılmaqdadı.

Hələ qardaşölkədə çox səfeh bir qanun da hazırlayırlar,üstündə də bərk mübahisələr gedir. Deməli, 12 yaşdan yuxarı qızları zorlayanlarəgər həmin qızla evlənsələr, cinayət məsuliyyətindən yaxa qurtara bilərlər.

Əcnəbilər seyrə balonlardauçur, balonlarda uçmur ey, Marsda kartof əkir,müsəlmanlar isə görün nəylə məşğuldurlar?!

Bəli, hazırdaciddiyə almadığımız bu məsələ gələcəkdə ciddi problemə çevrilə bilər.

Kamran Əsədovutəhsilimizin problemlərini çox gözəl bilən ciddi bir ekspert kimi tanıyıram. Ammagərək bu məsələdə bir az diqqətli olaydı.

Bir məsələnidə qeyd edim.

Azyaşlı qızlarınərə getməsi həqiqətən də həll olunmayan böyük bir problemə çevrilib. Qanuna görə,18 yaşdan aşağı oğlan və qızların ailə qurması qadağandır. Amma deyəsən,qanunun bu maddəsi işləmir. Demək olar ki, tez-tez belə halların şahidi oluruq.Bunlar kimdilər, bunlara kim kəbin kəsir? Xüsusilə kəndlərdə baş verən bu hadisələrin şahidi olan icra nümayəndələri, bələdiyyə sədrlərihara baxırlar, nə işlə məşğuldular, niyə vaxtında bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermirlər? Bu günə qədər azyaşlı ilə ailəquran bir kimsə haqqında cəza tədbiri görüldüyünü hardasa oxumusunuzmu? Və ya bunlara kəbin kəsənrəsmi qurumun və ya din xadiminin cəzalandığınıeşitmisinizmi? Eşitməmisiniz.

Heç olmasa,görən bundan sonra eşidə biləcəyikmi?

Eşidə bilməkarzusu ilə.

Sonda. Əslində18 yaş da çox erkəndi. Bu yaşda uşaq nə bilir ailə nədi, atalıq nədi, analıq nədi,cocuq nədi? Bu rəqəm 20-yə qaldırılmalıdı.


TƏQVİM / ARXİV