Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun 2017-ci ilə dair illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.
Adalet.az xəbər verir ki, hesabat parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.
Digər Xəbərlər
25 Aprel 2024 13:18