adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Mart 2018 14:23
14189
DÜNYA
A- A+

67 nəfərin olduğu təyyarə qəzaya uğradı - Yenilənib

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Katmandu aeroportu yaxınlığında baş verib. Futbol meydançasına düşən təyyarə qəzadan sonra yanmağa başlayıb.

Son məlumatlara əsasən, qəzaya uğrayan təyyarədə 67 sərnişin olub. Onlardan 17 nəfəri xilas edilib. Hazırda əraziyə xilasedici və yanğınsöndürən briqadalar cəlb olunub.