ANA SƏHİFƏ / MƏMLƏKƏT

Xaçmazın iki kəndinə qaz verilib

4698    |   2018-03-12 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.

İB-dən Adalet.az-a verilən məlumata görə, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 51 906 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 336 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK