Əbülfət MƏDƏTOĞLU: ŞUŞALI GÜNLƏR ÜÇÜN

ƏBÜLFƏT MƏDƏTOĞLU
55578 | 2018-03-12 13:44

Onunla Bakıdatanış oldum. Bu da bir həyat yazısıdı. Şuşada doğulub, Şuşada idman dünyasınınqapısını döyüb, özünü tanıdıb, amma mən onu Bakıda fəaliyyət göstərən ŞuşaHumanitar Kollecinin müəllimi kimi görüb tanıdım. Bu, əslində təsadüf deyildi.Ona görə ki, qızım o kollecin tələbəsi idi və mən də bir valideyn olaraq məktəblətəmas zamanı Xəyyam müəllimlə tanışoldum. Özünəməxsus qaynarlığı, ünsiyyət qurmaq qabiliyyəti və bir az da Şuşadangətirdiyi yumor hissi onunla tanışlığımıza körpü oldu. Və beləcə, başladı XəyyamŞirxan oğlu Əsədovla münasibətimiz. Yeri gəlmişkən onu da əlavə edim ki, bu işdəhər ikimizin dostu Salman Ağalarovun da xidməti danılmaz oldu. Təbiət etibarıilə adamları bir-birinə yaxınlaşdırmağı bacaran Salman müəllim bizi o qədərdoğmalaşdırdı ki, indi yüz illərin tanışları kimi görüşürük. Və o görüşlərinbirində yazı-pozu adamı marağı mənə güc gəldi. İstədim ki, Xəyyam müəllimin həyatyolundan xəbər tutum, onun uğurlarından mətbuatda söhbət açım. Və belə dəetdim...

Xəyyam Şirxanoğlu 1971-ci il avqust ayının 22-də Şuşada dünyaya gəlib. Elə burada da HüsüHacıyev adına 4 nömrəli orta məktəbin şagirdi kimi özünü müəllimlərinə, sinifyoldaşlarına, tay-tuşlarına sevdiribdi. İçindəki idmana maraq onu 1986-cı ildə8-ci sinifi bitirərək Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmağa həvəsləndirib.Və iki il bu texnikumda təhsil alan Xəyyam Şirxan oğlu elə həmin o iki ilin içərisindəözünün nəyə qadir olduğunu sübut edə bildi. Yəni həmin iki ildə Xəyyam Azərbaycanın cüdo üzrə yığmakomandasının ən fəal təmsilçilərindən birinə çevrildi. Respublkada keçirilənbütün yarışların iştirakçısı oldu. Hətta ümümittifaq və beynəlxalq yarışlara daqatıldı. Həm Bakı şəhərinin, həm də respublikanın şəhər və rayonlarının təşkiletdiyi birinciliklərdə öz ustalığını göstərdi. Onun sorağı Zaqafqaziya üzrəkeçirilən cüdo yarışlarının təmsilçiləri sırasından gəldi. Qazandığı medallar,fəxri fərmanlar, diplomlar bu gənc idmançının böyük perspektivindən xəbər verirdi.Lakin hadisələrin inkişafı onu doğma Şuşaya çəkirdi. Çünki Qarabağ hadisələribaşlamışdı. İndi Şuşanı qorumaq, Şuşanı qoruyanların yanında olmaq daha önəmliidi. Ona görə də Xəyyam doğulduğu gözəl cənnət məkana qayıtdı. Burada ilk dəfə olaraq cüdo üzrə yarışlar təşkil etdi. Bir idman müəllimi kimionun ictimai fəallığı tezliklə öz bəhrəsini verdi. Yetirmələrinin sorağıŞuşadan xeyli uzaqlara gedib çatdı. Və bu yetirmələr Şuşada idman həyatınınqaynarlığını bir az da artırdı...

Amma hadisələrgetdikcə öz məcrasından çıxır, düşmənin Şuşa ətrafındakı yaratdığı gərginlikdaha da ciddiləşirdi. Ona görə də Xəyyam Şirxan oğlu digər şuşalılar kimisilaha sarılmışdı. İndi o, Şuşanı qoruyanların biri kimi əldə silah səngərdədayanırdı. Təəssüf ki, bütün cəhdlərə,müqavimətlərə baxmayaraq, Şuşanı qorumaq mümkün olmadı. Və Şuşanın süqutundansonra Xəyyam müəllim Bakı şəhərinə qayıdası oldu. Burada ali təhsilini davametdirib Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdi. Ali təhsilli müəllimkimi 1995-ci ildə Şuşa Humanitar Kollecində fiziki tərbiyəçi vəzifəsindəçalışmağa başladı. Bu gün də o bir pedaqoq kimi həmin kollecin tələbələrininfiziki hazırlığını artırmaq üçün bacardıqlarını edir, əlindən gələni əsirgəmir.İki övlad atası olan Xəyyam müəllim hər söhbətimizdə qazandığı idmanuğurlarından daha çox Şuşadan, şuşalı günlərindən danışır. Yeganə istəyi Şuşayaqovuşmaqdı. O, bir idmançı kimi komanda gözləyir. Şuşanın xilası üçün, Şuşayaqayıdış üçün veriləcək komandanı. Və bildirir ki, biz Şuşaya qayıdandan sonragörəcəyimiz işlər həddindən çox olacaq. Ona görə də fiziki cəhətdən sağlam gəncliyingücünü yönəltmək, onların qabiliyyətindən istifadə etmək imkanlarını qoruyubsaxlamaq lazımdır. Məhz bu addımlarla Şuşanın şöhrətinə idman şöhrəti də qatabiləcəyik. Təki o günə qovuşa bilək!..

Bəli, zamanındakeçmiş İttifaqın, eləcə də beynəlxalq yarışların keçirildiyi tədbirlərinarenalarını görmüş Xəyyam Şirxan oğluümidlə, inamla yaşayır, özü də Şuşa üçün, şuşalı günlər üçün! İnanıramki, onun ümidləri çin olacaq. Çünki Xəyyam müəllimin istəyinin arxasında həm dəbir gənclik eşqi, gənclik gücü dayanıb. Bu isə çox şeydən xəbər verir.



TƏQVİM / ARXİV