adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Mart 2018 12:42
13875
SİYASƏT
A- A+

Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - Foto

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Adalet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.