adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Mart 2018 12:31
12338
MƏMLƏKƏT
A- A+

DİQQƏT! Bakıda bu yollarda sürət həddi azaldıldı - Səbəb yağış

Bakıda yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev  bildirib ki, martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Onun sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.