Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | DSX: Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib Adalet.az | DSX: Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

DSX: Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib

5003    |   2018-03-12 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il martın 9-da Astara reydində "ŞA-284” bort nömrəli "Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olmaları müəyyən olunub.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK