ANA SƏHİFƏ / SAĞLAMLIQ

1200 məktəbli qız abort etdirib? - Səhiyyə Nazirliyindən MÜNASİBƏT

4478    |   2018-03-12 12:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Adalet.az xəbər verir ki, S.Məmmədova Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.

S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

"Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:

"Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.

O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur:

S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:

"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.

2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.



İmza:

Azərbaycanda həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdilər

Xəstələnmə riski yüksək olan uşaqlarla bağlı yeni sənədlər hazırlanacaq

Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Xərçəngin 2 əsas səbəbi...

Gün ərzində nə qədər çörək yemək olar?

Yuxularınız sizin haqqınızda bunları deyir

Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

Bakıda həyati təhlükə törədən heyvan ətlərinin satışına görə 6 nəfər həbs edilib

Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

Beyin hüceyrələrini məhv edən səbəblər...

Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK