Sezen Aksu və sevdiyim qız

OĞUZ AYVAZ
32862 | 2018-03-12 12:06

Çılğın...

Şıltaq...

Kədər qoxuyan...

Duyğuların özü...

Sezen Aksu...

Hər dəfə Sezen ablanın səsini dinləyəndədaxilən başqa bir yerə aid oluram. Bu ifadə edilməz məkanda çiçəklər var, yağışvar, çılpaq, üşüyən ağaclar var...

Onun səsi insanın duyğularındadərin-dərin qazıntı işləri aparır, onun içində yığılıb qalmış kini bir tərəfəsovurur, saflaşdırıb təzədən dünyaya qaytarır. Duyğuların dərinliyinə enərəkinsanın insan olduğunu xatırladır.

Yeniyetməliyimdə qonşu qızına birkönüldən min könülə vurulmuşdum. Hər gün, hər saat Sezen Aksuyla nəfəs alır,onun səsiylə yaşayırdım. Qızın adı Firuzə idi. Sezenin də "Firuzə”adlı mahnısıvar axı. Necə deyirdi:

"Kıskanır rengini baharda yeşiller
Sevda büyüsü gibisin sen Firuze
Sen nazlı bir çiçek, bir orman kuytusu
Üzüm buğusu gibisin sen Firuze..."

Sevdiyim qıza ağızdolusu Sezendən danışır, onun necə böyük qadın olduğunubaşa salmağa çalışırdım. Amma heyf...

Axır bir gün sevdiyim qız dilə gəldi ki, sən məni yox, o Sezendimi, kimdionu sevirsən. Sevdiyim qızın sözləri qulaqlarımı batırmışdı elə bil. Onunlaqeydliyi toxunmuşdu mənə. O gün Sezen Aksu həyatıma yeni bir anlam qatdı.

Uzanan gecələrdə Sezen Aksunun mahnıları məni tək buraxmırdı...

"hani herkes arkadaş,
hani oyunlar sürerken,
kimse bize ihanet etmemiş,
biz kimseyi aldatmamışken,
hani biz kimseye küsmemiş,
hani hiç kimse ölmemişken, eskidendi, çok eskidendi...”

"Eskidendi çok eskiden” mahnısı məni xəyalən və ruhən keçmişə aparırdı. Duyğularım param-parça olurdu.

Bir dəfə qardaşım dedi bunu mənə: "Onun səsi insanın daxili orqanları məhvedir”...

Əlavə edərdim: "Sezen bizi yaddaşımızdakı uşaqlığımıza aparır. Fikir verin,həm sevindirir, həm də kədərləndirir. Elə bil yaddaşımızı top atəşinə tutur,sonra da güllər, günəş gətirir ora. Bəzənonu təsvir etməkdə sözlər aciz qalır."

Müsahibələrinin birində isə belə deyir:

"Mənim heç qəhrəmanım, nağılım, xəyaliuşaqlıq dostum olmadı. Mən cəsus olardım xəyallarımda, bir də rəqqas.”

Sezen bu sözləriylə yaradıcılığın necəintim, necə tənhalqılarla dolu olduğunu göstərir.

Bu yazını yazarkən pəncərəmizə yağışdöyəcləyir. Hazırda havadanda Sezenin mahnısı süzülür. 

TƏQVİM / ARXİV