warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir Adalet.az | Sezen Aksu və sevdiyim qız Adalet.az | Sezen Aksu və sevdiyim qız Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sezen Aksu və sevdiyim qız

20400    |   2018-03-12 12:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çılğın...

Şıltaq...

Kədər qoxuyan...

Duyğuların özü...

Sezen Aksu...

Hər dəfə Sezen ablanın səsini dinləyəndə daxilən başqa bir yerə aid oluram. Bu ifadə edilməz məkanda çiçəklər var, yağış var, çılpaq, üşüyən ağaclar var...

Onun səsi insanın duyğularında dərin-dərin qazıntı işləri aparır, onun içində yığılıb qalmış kini bir tərəfə sovurur, saflaşdırıb təzədən dünyaya qaytarır. Duyğuların dərinliyinə enərək insanın insan olduğunu xatırladır.

Yeniyetməliyimdə qonşu qızına bir könüldən min könülə vurulmuşdum. Hər gün, hər saat Sezen Aksuyla nəfəs alır, onun səsiylə yaşayırdım. Qızın adı Firuzə idi. Sezenin də "Firuzə”adlı mahnısı var axı. Necə deyirdi:

"Kıskanır rengini baharda yeşiller
Sevda büyüsü gibisin sen Firuze
Sen nazlı bir çiçek, bir orman kuytusu
Üzüm buğusu gibisin sen Firuze..."

Sevdiyim qıza ağızdolusu Sezendən danışır, onun necə böyük qadın olduğunu başa salmağa çalışırdım. Amma heyf...

Axır bir gün sevdiyim qız dilə gəldi ki, sən məni yox, o Sezendimi, kimdi onu sevirsən. Sevdiyim qızın sözləri qulaqlarımı batırmışdı elə bil. Onun laqeydliyi toxunmuşdu mənə. O gün Sezen Aksu həyatıma yeni bir anlam qatdı.

Uzanan gecələrdə Sezen Aksunun mahnıları məni tək buraxmırdı...

"hani herkes arkadaş,
hani oyunlar sürerken,
kimse bize ihanet etmemiş,
biz kimseyi aldatmamışken,
hani biz kimseye küsmemiş,
hani hiç kimse ölmemişken, eskidendi, çok eskidendi...”

"Eskidendi çok eskiden” mahnısı məni xəyalən və ruhən keçmişə aparırdı. Duyğularım param-parça olurdu.

Bir dəfə qardaşım dedi bunu mənə: "Onun səsi insanın daxili orqanları məhv edir”...

Əlavə edərdim: "Sezen bizi yaddaşımızdakı uşaqlığımıza aparır. Fikir verin, həm sevindirir, həm də kədərləndirir. Elə bil yaddaşımızı top atəşinə tutur, sonra da güllər, günəş gətirir ora. Bəzən onu təsvir etməkdə sözlər aciz qalır."

Müsahibələrinin birində isə belə deyir:

"Mənim heç qəhrəmanım, nağılım, xəyali uşaqlıq dostum olmadı. Mən cəsus olardım xəyallarımda, bir də rəqqas.”

Sezen bu sözləriylə yaradıcılığın necə intim, necə tənhalqılarla dolu olduğunu göstərir.

Bu yazını yazarkən pəncərəmizə yağış döyəcləyir. Hazırda havadan da Sezenin mahnısı süzülür. 



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2019-03-26
2019-03-25
2019-03-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK