adalet.az header logo
  • Bakı 12°C
12 Mart 2018 12:01
14265
KRİMİNAL
A- A+

Qadını şantaj edib 12 min manat aldı

Bakıda qadını şantaj edən şəxs saxlanılıb.

Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.