Yol polisi sürücülərə səsləndi: Minimum sürəti və keçmə növbəliliyini gözləyin
Yol polisi qeyri-sabit və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında sürücüləri diqqətli olmağa çağırıb:
"Sürücülərə müraciət edirik ki, yolların sürüşmə ehtimalının olmasını nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər, qoyulmuş yol nişanlarına diqqət yetirsinlər, nizamlanan yolayrıclarında diqqətli olsunlar, keçmə növbəliliyini təmin etsinlər”.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq paytaxtda və rayonlarda aramsız yağışlı hava müşahidə edilir.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06