adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Mart 2018 11:44
8988
SAĞLAMLIQ
A- A+

Səhər yeməyi yeməyənlərə xəbərdarlıq!

















İş həyatının içində zamanla yarışan, səhər yeməyi yeməyən və ya səhər yeməyinə vaxt ayıra bilməyənlərə xəbərdarlıq edən Diyeta mütəxəsisi Çağatay Köşkeroğlu, yuxu sırasında qan şəkərinin düşdüyünü söyləyərək səhər yeməyinin vaciblindən danışıb. 


Səhər yeməyi yeməsəniz, beyniniz düzgün işləməz. Lazımi miqdarda qidalanmamaq uşaqların və yeniyetmələrin zehni inkişafına mənfi təsir qoyur. 


Səhər yeməyib dərsə gedən uşaqlar özlərini daha çox yorğun hiss edərlər. Ona görə də diqqətlərini cəmləyə bilmirlər. O uşaqlar ki, kifayət qədər dəmir, yod və protein qəbul etmirlər, huş qabilyyətləri daha zəif olur. 


Səhər yeməyi yeməyənlər kökələr.Əgər çəkinizi kontrol etmək istəyirsinizsə, o zaman səhər yeməyi yeyin. Çünki bu zaman daha az kalori qəbul edib, tez arıqlamaq olar. 


Səhər yeməyini yeməyənlər qidalı maddələri az qəbul edərlər.Səhər yeməyi bədəni qidalı maddələrlə təmin edər. O cümlədən kalsium, liflər, dəmir, A, C, B2 viatmini ilə. Əgər səhər yeməyindən imtina edirsinizsə, deməli özünüzü sağlam qidalanmaqdan məhrum etmisiniz.


Səhər yeməyi yeməyənlərin əsəbləri gərgin olar.


Səhər yeməyi yeməyən insanlar özlərini həmişə ac və zəif hesab edərlər. Əgər günə səhər yeməyi ilə başlasınız, daha az ac olarsınız.