Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir” Adalet.az | Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”

7565    |   2018-03-12 11:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti "Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub.

Görüşdə UNEC-in ev sahibliyi ilə keçirilən "Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu vurğulanaraq, konfransın materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, "Thomson Reuters”lə UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxaq konfransın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də yenidən bir araya gətirəcək.

UNEC-in beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atıldığından məmnunluğunu ifadə edən O.Utkin "Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artıdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini bildirib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq, Elmmetrik Məktəbin məhz burada yaradılmasının vacibliyini qeyd edib.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK