Adalet.az | “Mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm” - MÜSAHİBƏ Adalet.az | “Mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm” - MÜSAHİBƏ

Sona Əliyeva: “Dövlət qurumlardan əsaslandlrılmış, əsasən də müsbət cavablar alıram”

72293    |   2018-03-12 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Sona Əliyeva Adalet.az-a müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

-Sona xanım 2018-ci ilin müvafiq dövrü geridə qalıb. Bu müddət üçün ölkəmizdəki sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?

-Azərbaycanda 24 ildir ki, ictimai siyasi sabitlik hökm sürür və bu stabilliyin nəticəsidir ki, bu müddət ərzində sosial-iqtisadi vəziyyətdə davamlı inkişafa nail olunub. İqtisadi vəziyyətlə bağlı rəqəmlər faktlarla bu inkişafın tərəqqisini göstərməkdədir, belə ki, son 14 ildə toplam olaraq ölkə iqtisaiyyatına 231 milyard sərmayə qoyulub, sahibkarlara bu müddət ərzində güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib. Cari ilin ancaq yanvar ayında xarici təşkilat və müəssisələr tərəfindən ölkə iqtisadiyyatına 559,8 milyon manat yönəldilib. Həmçinin dövlət tərəfindən iqtisadiyyata qoyulan investitsiyalar iqtisadi artımı stimullaşdıran əsas amillərdəndir. Bunun bərabərində sosial yönümlü iqtisadiyyatın inkişafı və cənab Prezidentin apardığı dövlət siyasətində vətəndaş amilinin və vətəndaşın sosial rifahının yaxşılaşdırılmasının dayanması ölkə quruculuğunun gələcək inkişafına, xalqın daha yaxşı yaşamasına hesablanıb. Ölkədə əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı proqramların həyata keçirilməsi ilə yanaşı hüquqi bazanın təkmilləşidirlməsi də həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradan məqsədyönlü fəaliyyətin bir hissəsidir.

-Prezindet İlham Əliyevin müvafiq sərəncamları ilə müəllimlər, səhiyyə işçiləri və digər kateqoriyadan olan insanların əmək haqqları artırılır. Sizcə indiki məqamda bu rtımlar vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasında necə rol oynayır?

-İlk öncə bu məsələləri şərtləndirən başqa məqamlara toxunmaq istərdim. Dövlət büdcəsinin neftdən asılılığının azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər və qeyri neft sektorunun sürətli inkişafı gələcəkdə vətəndaşların sosial rifahını yaxşılaşdıracaq əsas istiqamətlərdən biridir. Kənd təsərrüfatı imkanlarının yenidən dəyərləndirilməsi, ölkədə pambıqçılığın, tütünçülüyün, çayçılığın, müxtəlif meyvə və tərəvəz istehsalıının artırılması, bir sözlə kəndlinin torpağa qayıtması, bunu əsas qazanc mənbəyinə və məşğulluğa çevirməsi, ümumən ərzaq təhlükəsizliyi baxımından da ixracatdan asılılığın azalması yaxşı mənada bazar qiymətlərinə və həyat səviyyəsinə təsirsiz ötüşmür, eləcə də bu proseslər büdcə gəlirlərinə önəmli töhfə verir. Büdcə gəlirlərinin artması öz növbəsində ölkə siyasətinin əsas predmeti olan insan amilinin bilavasitə həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Sosial müavinətlərin, maaşların artıtılması da bu yöndə atılmış müsbət addımlardan biridir və cənab Prezidentin səyləri nəticəsində həyata keçirilən beynəlxalq, regional və yerli iqtisadi layihələr gələcəyə və sosial durumun əhəmiyyətli şəkildə yaxşılaşmasına hesablanmışdır. Bu iqtisadi layihələrin yaxın gələcəkdə gətirəcəyi iqtisadi divident və artım ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinə uyğun əmək bazarı formalaşdıracaqdır.

- Milli Məclisdə iki komitədə təmsil olunursunuz. Elm və Təhsil Komitəsi yoxsa İnsan Haqları Komitəsindəki fəaliyyət rahatdır?

-Təmsil olunduğum hər iki komitə kifayət qədər aktiv fəaliyyət göstərir və hər ikisində işləmək çox rahatdır. Təhsil sahəsini yaxşı bildiyim qədər də, hüquqla bağlı fəaliyyət yenidən öyrəndiyim və maraqlı sahədir.

-Yeri gəlmişkən Təhsil Naziri postu uzun müddətdir ki boşdur. Maraqlıdır bir millət vəkili kimi siz kimi bu postda görürsünüz və ya sizə bu postla bağlı təklif gəlsə necə dəyərləndirərdiniz?

-Ölkə rəhbərliyinin kadr siyasəti həmişə uğurlu olub. Bununla əlaqədar onu deyə bilərəm ki, ölkə rəhbərliyi tərəfindən bu sahəni kifayət qədər peşəkar bilən, innovativ və islahatçı kadr təyin olunacaq. O ki, qaldı mənə mən əsgərəm, harda lazım olsam orda xidmət edəcəyəm, əsas odur ki, mən dövlətə, xalqa səmərəli xidmət edim.

-Yeni Azərbaycan Partiyasının fəal üzvüsünüz. Qarşıdan da prezident seçkiləri gəlir. Bu seçkilərdə YAP-ın şanşlarını necə dəyərləndirərdiniz?

-YAP-ın şansları kifayət qədər yüksəkdir. Çünki partiyamızın sədri möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində aparılan uğurlu daxili və xarici siyasət, ölkədə bütün sahələr üzrə həyata keçirilən islahatlar, qəbul olunnan proqramlar ölkə daxilində regionların inkişafına, iqtisadiyyatın artmasına, sosial rifahın yaxşılaşmasına gətirib çıxartmaqla yanaşı, ölkəmizi beynəlxalq arenada nüfuz və söz sahibinə çevirib. Bütün bu uğurlar seçkidə cənab Prezidentin və YAP-ın qələbəsini şərtləndirən əsas amillərdir. Bu gün YAP ölkənin ən güclü və mütəşəkkil siyasi qüvvəsidir və alternativ rəqibi yoxdur. Xalqımız isə birmənalı öz lideri olaraq möhtərəm Prezident cənab İlham Əliyevi görür. Biz də partiya olaraq xalq-iqtidar birliyinə, xalqımızın etimadına, dəstəyinə və gücünə arxalanaraq qələbəyə inanırıq.

- Hobbiniz nədir?

-Bədii və sənədli filmlərə baxmaq, kitab oxumaq və əlbəttə mətbəxdə olmaqdan zövq alıram.

-Siz deputatlıqla yanaşı bir sıra vəzifələrə də rəhbərlik edirsiniz. Gənc yaşda bu kimi ağır və məsuliyyətli işlərin öhdəsindən gəlmək çətin olmur ki?

-Mən gənclik yaşımı keçmişəm. Doğrudur, Şəmkir Heydər Əliyev Mərkəzinə və Şəmkir Bilik Evinə rəhbərlik edirəm, bu işlərin öhdəsindən gəlməkdə mənə Mərkəzin kollektivi köməklik edir, bizim güclü və həmrəy bir komandamız var, birlikdə bu işlərin öhdəsindən gəlirik. Ümumiyyətlə işləməkdən zövq alanlardanam və mənə bu etimad göstərilibsə, bu etimadi layiqincə doğrultmaq, dövlətə və cəmiyyətə xidmət etmək lazımdır.

- KİV-lə əməkdaşlıq eləcə də Milli Məclisin pleniar iclaslarında az çıxış etmənizlə fərqlənirsiniz. Seçiciləriniz sizdən hansı məsələlərin pleniar iclasda qaldırılmasını istəyir?

-Mən hesab etmirəm ki, KİV-lərlə az əməkdaşlıq edirəm, hər halda müraciət edən jurnalistləri imkan və zaman daxilində cavabsız qoymamışam. Demək olar bütün komitə iclaslarında aktiv çıxış edirəm, müzakirə olunan məsələlər öz həllini tapır və plenar iclaslarda çıxışa ehtiyac qalmır. Məsələlərin həlli baxımından səmərəliliyini nəzərə alsaq, plenar iclaslarda çıxış etməmək də olar. O, ki qaldı seçicilərin məsələlərinə bununla bağlı aidiyyatı üzrə qurumlara müraciət olunur və müvafiq qaydada həllini tapır. Kənd seçki dairəsi olduğundan isə əsas məsələlər su, torpaq və adətən sosial məişət məsələləri ilə bağlı olur.

-Dgər deputat həmkarlarınıza da eyni sualla müraciət edirəm. Ancaq eyni cavab olur. Düşünürəm siz fərqli cavab verəcəksiniz.. Bilmək istərdim ki, deputat olaraq yerli icra hakimiyyəti eləcə də aidiyyatı qurumlarla əlaqəniz hansı səviyyədədir. Etdiyiniz müraciətlərə cavab almaq çətin olmur ki?

-Parlamentdə yeni olduğuma baxmayaraq, müraciət ediyim qurumlardan cavab almaqda çətinlik yaşamamışam, şifahi müraciətlər etmirəm, yazılı şəkildə müraciət etdiyim qurumlardan isə həmişə əsaslandlrılmış, əsasən də müsbət cavablar alıram.

- Seçki platformanizda yer alan məsələlərdən hansına nail olmusunuz?

-Parlament seçkilərinə YAP vahid platforma ilə qatıldığından, YAP-ın namizədi olaraq seçki təbliğatımı bu platforma çərçivəsində qurmuşam. Ümumlikdə isə parlament seçkilərində YAP- ın platforması real və aktual məsələləri əhatə edib, qarşıya qoyulan hədəflər bu müddət ərzində yerinə yetirilib. Yarandığı gündən partiyanın əsas məqsədi Azərbaycanı güclü və inkişaf etmiş dövlətə çevirmək, milli maraqları qorumaqla, xalqa xidmət etmək olub və hakimiyyətdə təmsil olunan partiya olaraq möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi altnda aparılan daxili və xarici siyasət nəticəsində bu məqsədlərə nail olunub.

Ədil Ədilzadə




İmza:
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK