adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Mart 2018 10:35
11160
MƏMLƏKƏT
A- A+

Gəncədə “Novruz bayramı yarmarkası” açılıb

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri "Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində "Novruz Bayramı Yarmarkası- 2018” təşkil edilir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Adalet.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev "Grand Qafqaz” Ticarət Kompleksində olub,"Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar.Onlar "Grand Qafqaz” Ticarət Kompleksinin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar.Sakinlərdən Adil Quliyev, Esmira Əhmədova, Fizuli İsmayılovvə başqaları rəsmilərlə həmsöhbət olub, yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

Bildirək ki, təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər.

Qeyd edək ki, Gəncə şəhərində "Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq)

20,60AZN

Un (25 kq)

10.60AZN

Un (10 kq)

4.40AZN

Un (5 kq)

2.30AZN

Maləti (kq-la)

8AZN

Qoyunəti (kq-la)

9AZN

Yumurta (ədədlə)

0.10AZN

Kartof kq

0.40AZN

Soğan kq

0.30AZN

Makaron (1 kq)

0.70AZN

Vermişel (1 kq)

0.80 AZN

Final çay

1.88AZN

Limonad (ədədlə)

0.20AZN

Alma (1 kq)

Mandarin (1 kq)

1 AZN

1.50AZN

Kolbasa (1 kq)

Sosiska (1 kq)

5 AZN

4.70AZN

Bizim Süfrəmayonez (500 q)

1.87 AZN

Supersun yağ. (1.200 q)

5.30 AZN