ANA SƏHİFƏ / GÜNDƏM

Pakistanda AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib

4249    |   2018-03-12 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Mədəni və Musiqi Axşamı” keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirə təşrif buyurmuş qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfli yol haqqında məlumat verib, Azərbaycan Prezidentinin sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb. Səfir ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab Əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahor şəhərində qeyd olunmasının əlamətdar hadisə olduğunu bildirərək Pakistan və Azərbaycan xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlıq və ortaq bağların olduğunu qeyd edib, Pəncab Əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu və Pəncab Əyalətinin iki qardaş ölkə Azərbaycan və Pakistanın əlaqələrində xüsusi rolunun olduğunu bildirib.

Tədbirdə çıxış edən Pəncab Əyalətinin maliyyə naziri Aişə Paşa Pakistan və Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrdə önəmli olan iqtisadi və ticari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılması gərəkdiyini və Azərbaycandan musiqi qrupunun Pəncab Əyalətinin Lahor şəhərinə təşrif buyurmasının böyük məmnunluq hissi yaratdığını bildirib. Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab Əyalətinin baş naziri və höküməti adından Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Azərbaycanın əməkdar artisi Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın ifalarında Azərbaycan xalq mahnıları və nəğmələri, dünya musiqisinin populyar klassik musiqi əsərləri səslənib.



İmza:

Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb

Şərif Ağayardan CAVAB: - “Mövlud Süleymanlının aqrar təfəkkürlü ifadə tərzi...” - QALMAQAL

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Sərnişinlər 175 nömrəli avtobusdan niyə düşürülüb? - RƏSMİ AÇIQLAMA

Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

ZƏKULLA BAYRAMLININ FÜZULİ DÜNYASI

GÜNÜN LƏTİFƏSİ

Prezident Malinin dövlət başçısını təbrik edib

İlham Əliyev ailəsi ilə açılış mərasimində

“Ermənistan dövləti Dağlıq Qarabağdan şərtsiz çəkilməlidir”

SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK