adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2018 10:07
12813
HADİSƏ
A- A+

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Baş həkim danışdı

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərdən biri əməliyyat olunub.

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov məlumat verib. Baş həkim bildirib ki, həmin xəstənin vəziyyəti stabil ağırdır.
"Digər şagirdlərin vəziyyəti isə yaxşıdır. Müalicələrini davam etdirirlər”, - deyə baş həkim vurğulayıb.

Qeyd edək ki, martın 11-də respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsində iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.