adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Mart 2018 17:02
8338
SİYASƏT
A- A+

Çin liderinə əbədi hakimiyyət hüququ verildi

Çin Xalq Məclisinin deputatları ölkənin lideri və vitse-prezidentin 2 dəfədən çox seçilməsini məhdudlaşdıran Konstitusiya maddəsinə dəyişikliyi təsdiqləyib.

Adalet.az xəbər verir ki, dəyişikliyə əsasən Konstitusiyanın sözügedən bəndindən prezident və vitse-prezidentin ardıcıl 2 dəfədən artıq seçilməsini yasaq edən hissə çıxarılıb.

Beləliklə, Çin parlamenti ölkə rəhbərinə hər dəfə 5 il müddətinə olmaqla istənilən qədər seçilmək və ölkəni idarə etmək hüququ tanıyıb.