adalet.az header logo
  • Bakı 19°C
11 Mart 2018 16:44
11746
DÜNYA
A- A+

Rusiyada terror aktının qarşısı alınıb

Rusiyanın Saratov vilayətində terror aktının qarşısı alınıb.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün keçirilən əməliyyat zamanı terrora hazırlaşan cinayətkarlar ələ keçirilib. Hadisə yerinə baxış keçirilərkən terrorçulara məxsus silah-sursat aşkar edilib.