adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Mart 2018 12:01
4754
HADİSƏ
A- A+

İki balıqçı su anbarında batıb

Fövqəladə Hallar Nazirliyi (FHN) su anbarında batan balıqçılar barədə məlumat yayıb.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.