ANA SƏHİFƏ / DÜNYA

Ərdoğan: “Afrinə girdik, giririk... Ey NATO, haradasan?!”

7900    |   2018-03-10 17:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mehmetciyin Suriyanın Afrin bölgəsində gerçəkləşdirdiyi "Zeytub budağı” əməlliyatı nəticəsində zərərsizləşdirilən terorçularla bağlı yeni rəqəm açıqlayıb.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan indiyədək zərərsizləşdirilən terrorçu sayının 3213 olduğinu deyib.

"Əsgərimiz gedir Afrinə, inşallah Afrinə girdik, giririk",-deyə o bildirib.

Prezident daha sonra deyib:"Afrini terrorçulardan təmizlədikdən sonra Münbiç, Ayn əl Ərəb, Tel Abyad, Resulayn, Qamışlını da terrorçulardan təmizləyəcəyik...

…Ey NATO haradasan? Bu qədər mübarizə aparırıq. Türkiyə NATO-nun üzvü deyil? Haradasan? Əfqanıstanda dərhal NATO üzvü ölkələri oraya dəvət etdin, bəs Suriyada? Suriyada NATO üzvü olan ölkələr… Əslində qüdrətləri çatsa qalxacaqlar, onlar açıq-aydın qarşımızda duracaqlar, amma Türkiyənin dik dayandığını görəndə buna cürət etmirlər.
Əfqanıstana çağırdın gəldik, Somaliyə çağırdın gəldik, Balkanlara çağırdın gəldik. İndi də mən çağırıram, gəl görək Suriyaya, gəl!. Niyə gəlmirsən?!”.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK