ANA SƏHİFƏ / DÜNYA

Rusiyanın 27 zabit itirdiyi qəza: Təyyarə vurulub?

7468    |   2018-03-10 17:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Suriyada qəzaya düşən Rusiyanın An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant” qəzeti yayıb. Bildirilir ki, An-26 Hmeymim aviabazasına enən zaman pilotun təyyarənin idarəetməsi ilə bağlı problemi yaranıb. Belə ki, təyyarənin qanadlarının arxa hissəsinin buraxılışı zamanı onlardan biri naməlum səbəblərdən qopub, bu isə pilotların idarəetməni itirməsinə səbəb olub.

Qeyd edək ki, An-26 martın 6-da qəzaya düşüb. Qəza nəticəsində biri general və 26-sı zabit olmaqla, 39 hərbçi həlak olub.

Ceyş əl-İslam terror təşkilatı bundan öncə məlumat yayaraq, An-26-nın Hmeymim bazasına enərkən atəşə tutulduğunu bildirmiş və qəzanın məsuliyyətini öz üzərinə götürmüşdü.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK