Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Azərbaycandan yardımlar daşıyan şair – Millət vəkili Adalet.az | Azərbaycandan yardımlar daşıyan şair – Millət vəkili Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycandan yardımlar daşıyan şair – Millət vəkili

5935    |   2018-03-10 16:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk Ocaqlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və bütün türk dünyasının böyük aydını, istiqlal şairi Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib.

Millət vəkili Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi xidmətlərdən və böyük acılarla bitən ömür yolundan danışıb.

"20-ci əsrin əvvəllərində, Qars bölgəsi də daxil olmaqla, Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsinin daha geniş duyulması üçün çalışırdı. Yetim qalan qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək, "bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. I Dünya müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rusiya imperiyası və silahlandırdığı erməni terror şəbəkəsi Qars da daxil olmaqla buraları işğal edəndə, zülmlər törədəndə Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində "orda insanlarımız belə acı çəkirsə, bizim bayram keçirməyə haqqımız yoxdur” deyirdi və o acını, ağrını şeirində əks etdirirdi”, - o deyib.

Q.Paşayeva bildirib ki, Əhməd Cavadın bu gün dillərdən düşməyən "Çırpınırdı Qara dəniz” şeiri də daxil olmaqla, bütün şeirlərində, yazılarında millət uğrunda mübarizə ruhu duyulurdu.

Millət vəkili həmçinin son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusilə vurğulayıb.

O, çıxışında İstanbul Böyükşəhər bələdiyyəsinə çağırış edərək orada Əhməd Cavadın adını daşıyan küçə və ya parkın olmasını təklif edib.(kult.az)




İmza:

Hikmət Hacıyev: “Bakı regionun “diplomatik paytaxtı”dır”

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI

XİN-dən generalların Bakı görüşünə münasibət

Nazir: "Azərbaycan və Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində..."

Çavuşoğlu Azərbaycana səfər edəcək

Vyetnamda Heydər Əliyevlə bağlı kitab təqdim edildi

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Siyavuş Novruzov: "Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə.."

XİN: Türkiyə Fransada aksiyaların dayandırılmasının lehinədir

Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK