ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanlı turistlərə ÇAĞIRIŞ: Bu ölkələrə getməyin!

4910    |   2018-03-10 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Novruz bayramı ərəfəsində ölkəmizə keçən illərə nəzərən daha çox turistin gələcəyi proqnozlaşdırılır.

Bu sözləri açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, Azərbaycanda hər il olduğu kimi, Novruz bayramı xüsusi ab-hava ilə keçiriləcək:

"İstər Bakı şəhərində, istərsə də regionlarda keçirilən Novruz bayramı şənlikləri turistlərdə böyük məmnunluq, xoş təəsürat yaradır. Bu bayram əsl xalq bayramıdır. Xüsusilə Orta Asiyadan gələn turistlər haqqında qeyd edə bilərəm ki, həmişə Novruz bayramı barəsində xoş təəssüratlarını qeyd ediblər”.


Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycana bayram ərəfəsində ən çox turist İran İslam Respublikasından gəlir: " Düzdür, İranda da Novruz bayramı yüksək səviyyədə keçirilir. Amma odlar yurdumuzda daha maraqlı keçirildiyi üçün iranlı vətəndaşlar da bizim ölkəyə üz tuturlar. Bundan başqa ərəb ölkələrindən, Rusiyadan, Belarusdan, Orta Asiya ölkələrindən xeyli turistin gəlməsi gözlənilir”.


O qeyd etdi ki, Azərbaycanda otellər də bu bayrama xüsusi hazırlaşır: "Otellərimizdə gələn turistlər üçün bütün şərait yaradılıb. Eyni zamanda, turizm şirkətləri də bayrama yüksək səviyyədə hazırlaşır. Turistlər üçün Bakı şəhərində ekskursiyalar təşkil etməyi planlaşdırırlar. Bundan başqa, gələn qonaqları regionlarımıza aparmaq üçün proqramlar hazırlayıblar. Təbii ki, ən əsas diqqət Qəbələ-Şəki, Quba-Qusar regionuna yönəldilib”.

Müzəffər Ağakərimov bildirib ki, bu il də turistlərin sayında artım gözlənilir: "Keçən il ölkəmizə gələn turistlər bayramın Azərbaycanda necə təmtəraqla keçirildiyini qeyd etmişdilər. Əcnəbilər daha çox ailəvi .əkildə bayramı ölkəmizdə qeyd etməyi sevirlər. Dediyim kimi, otellərimizdə də hər cür şərait yaradılıb. Bu il də ölkəmizə kifayət qədər turist gəlişi gözlənilir”.


Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi istirahət günlərini xaricdə keçirməyi planlaşdırır:

"Regionlarımızda istirahət etmək istəyən həmyerlilərimiz üstünlük təşkil edir. Daxili turizm Azərbaycanda ildən- ilə inkişaf edir. Regionlarda istirahət etmək onlar üçün daha sərfəlidir. Həm maddi cəhətdən, həm də ölkəmizin stabil, sakit olması səbəbilə. Ancaq xarici ölkələrdə istirahət etməyi nəzərdə tutan həmyerlilərimiz də var. Çexiya, Macarıstan, Bolqarıstan, Türkiyə, BƏƏ və başqa ölkələrə səyahətə gedənlərin sayı az deyil”.

Müzəffər Ağakərimov hərbi münaqişələrin baş verdiyi ölkələrə səyahət etməməyi məsləhət görür: "Yaxın Şərq ölkələri, Misir, Liviya və bu kimi terrorizmin tez-tez baş verdiyi ölkələri qeyd edərdim. Ancaq nisbətən stabil, təhlükədən uzaq olan ölkələrə getmək olar”.(modern.az)




İmza:

Avtomobildə siqaret çəkmək qadağan olunsun - TƏKLİF

Heyvanlara bruselyoz xəstəliyinə qarşı peyvənd vurulur

Bakıda avtobusda sahibsiz uşaq tapılıb - FOTO

Məşhur qida məhsullarının satışı qadağan olunub - RƏSMİ

Orfoqrafiya qaydaları layihəsi bu həftə Nazirlər Kabinetinə təqdim ediləcək

“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib

DEYƏSƏN, DİNDARLAR ÖZLƏRİ ALLAHA ŞƏKK EDİRLƏR

“Sahil” metrosunu suyun altında qalmaqdan xilas etmişik - “Azərsu”

Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb

BŞİH: Ötən gün yağan yağış fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

İcazəsiz ov edən şəxs saxlanılıb

SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK