Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb Adalet.az | Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb

334585    |   2018-03-10 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.

"İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məhərrəmov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK