adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Mart 2018 17:05
18897
SİYASƏT
A- A+

Mitinq başa çatdı - YENİLƏNİB

Bakının "Məhsul” stadionunda müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat partiyasının birgə mitinqi keçirilib.

Adalet.az xəbər verir ki, saat 15:00-a təyin olunan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Mitinqin təşkilatçıları - Əli Kərimli və Arif Hacılı stadiona yarım saat gec gəliblər.

Günlərlə sosial şəbəkələrdə edilən çağırışlara baxmayaraq, "Məhsul” stadionuna çox az sayda adam toplanmışdı. Mitinq yeni heç nə ilə yadda qalmadı. Bundan əvvəlki aksiyalarda olduğu kimi şablon, şər-böhtan üzərində qurulan çıxışlar səsləndikdən sonra radikalların növbəti yığıncağının başa çatdığı elan edildi. Budəfəki mitinqə qatılanlar arasında saxta mühacir statusu almaq üçün selfi çəkənlərə rast gəlmək olardı. Ümumilikdə isə 10 mart mitinqi gözlənildiyi kimi uğursuz alındı.

Qeyd edək ki, 10 mart mitinqi müxalifətin digər partiyaları tərəfindən boykot edilmişdi.(azvision.az)