Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Nərimanovda “Topaz” qarət edilib Adalet.az | Nərimanovda “Topaz” qarət edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Nərimanovda “Topaz” qarət edilib

9252    |   2018-03-10 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Topaz” mərc oyunları məntəqəsindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, bu barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.



İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK