Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular Adalet.az | Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular

6041    |   2018-03-10 14:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

Milli Məclisdən verilən məlumata görə, "İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər.

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar. Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə çox fəal başlayan Azərbaycan komandası üstünlüyünü daha da artırıb. Beləliklə, görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri qalib gəliblər. Görüş 5:1 hesablı qələbə ilə Türkiyə komandasının xeyrinə nəticələnib.

Xatırladırıq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK