Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Fazil Mustafa: “Abortlarla bağlı çalışan gizli həkim bandaları var” Adalet.az | Fazil Mustafa: “Abortlarla bağlı çalışan gizli həkim bandaları var” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Fazil Mustafa: “Abortlarla bağlı çalışan gizli həkim bandaları var”

5100    |   2018-03-10 14:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin deputatı Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun "son 3-4 ildə Azərbaycanda abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb” açıqlamasına münasibət bildirib.

Deputat "ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”,-deyə bildirib.

Fazil Mustafanın sözlərinə görə, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir.


"Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.


Xatırladaq ki, təhsil Eksperti Kamran Əsədovun "Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir” açıqlaması cəmiyyətdə geniş müzakirələrə yol açıb.(modern.az)




İmza:

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

Sabah külək güclənəcək - PROQNOZ

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

Bu il 50 mindən artıq insan işlə təmin olunub

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkarlanıb

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK