adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Mart 2018 13:20
15834
KRİMİNAL
A- A+

Vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən 1 ədəd "F-1” qumbarası, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 ədəd tapança, 1 ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng və 5 ədəd patron, Ucar RPŞ-nin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan "TOZ-12” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan "TOZ-28” markalı ov tüfəngi götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.