ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycan telekanalları TƏNQİD EDİLDİ: “Xəbəri xəbərlikdən çıxarırlar”

5315    |   2018-03-10 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda bir tərəfdən kütləvi kommunikasiya vasitələrinin, digər tərəfdən cəmiyyətə ünvanlanan informasiyanın хüsusi çəkisi sürətlə artır. Elektron media, ilk növbədə, televiziya çoхşaхəli məlumat kanalına çevrilir. Bu mənada televiziya hər bir fərdin, cəmiyyətin və dövlətin informasiya ehtiyaclarını təmin edə biləcək çevik vasitədir.

Daha doğrusu, belə olmalıdır. Xəbərlərlə yanaşı, xəbər blokları da tamaşaçıları cəzb etmək baxımından önəmli əhəmiyyət kəsb edir.

Lakin Azərbaycan televiziyalarında əksini müşahidə edirik. Bəs Azərbaycan televiziyalarının xəbər bloku standartlara uyğundurmu?


Media eksperti Qulu Məhərrəmli Modern.azsaytına deyib ki, televiziyaların xəbər düzümü qənaətbəxş deyil:

"Ümumiyyətlə, məlumatlandırmaq jurnalistika işinin əlifbasıdır və televiziyalar da buna əməl etməlidir. Xəbər standartları, yayılma prinsipləri, xəbərə yanaşma, xəbərin verilmə qaydaları həm də "Teleradio yayımı haqqında” qanunda əks olunub. Amma çox təəssüf ki, bizim televiziyalar ən adi xəbər qaydalarını pozurlar. Ümumiyyətlə, televiziyalardakı bülletenlər xəbər büllenteni deyil, təbliğatdır. Yəni xəbəri xəbərlikdən çıxarırlar. Halbuki, bunun adi qaydaları var. Əlbəttə, əsas məhsul efirə çıxan xəbər bülletenidir. Onun tərtib olunması, baş xəbərin necə seçilməsi, keçidlərin, təqdimatların müəyyənləşdirilməsi və.s bunlar hamısı peşənin qaydalarıdır. Bunları bilmədikcə, xəbərləri tamaşaçı üçün cazibədar edə bilmərik”.


Q.Məhərrəmli qeyd edib ki, televiziyalarımızda xəbər, xəbər blokunun qaydalarını bəziləri bilsə də, buna əməl etmirlər:

"Bəzilərinin isə səlahiyyətləri olsa da, qaydalara bələd deyil. Bu baxımdan hazırkı televiziya xəbərləri heç kimi cəlb etmir və insanlar daha çox sosial şəbəkələrdən xəbər axtarırlar. Xəbərlərin düzüm prinsipləri var. Yəni hansı xəbərdən hara gedirsən... Məzmun, coğrafi yaxınlığı, yoxsa başqa düzümü nəzərə alırsan... Bu məsələlər isə jurnalistika peşəsinin mətbəxidir. Bunu adətən televiziyalarda xəbərlərin tərtib qaydasını bilən çox az adam olur.

Son dövrlərdə bəzi internet televiziylarında yaxşı xəbər düzümü görə bilirəm. Ümumiyyətlə isə xəbər blokları ilə bağlı səviyyə çox aşağıdır. 10-15 il bundan əvvəlki xəbər blokunun tərtibi ilə indiki xəbər tərtibi arasında yerlə göy qədər fərq var. Əslində texnologiyanın inkişafı yeni imkanlar yaradıb. Buna baxmayaraq, xəbərdə önəmli olan məzmun və dürüstlükdür. Bunlar olmayanda xəbərlər tamaşaçıları cəlb etmir”.

Media eksperti Zeynal Məmmədlideyib ki, hər bir televiziyanın öz proqram siyasətinə görə bəlli standartları ola bilər:


"Çünki hazırda rəqabət, tamaşaçı cəlb etmək üçün yarış var. Bu səbəbdən televiziyalar fərqli düzüm və kompozisiyalardan istifadə edə bilərlər. Amma olmazsa olmazlar bir başqa şeydir. Yəni günün ana xəbəri nədir? O ana xəbər proqram boyunca izlənilirmi? Əsas xəbərlə bağlı yeni təfərrüatlar xəbər proqramının gedişatında ortaya çıxarsa, bunlar necə yerini tutur? Ana xəbərin kompozisiyada öz yerini tutması önəmlidir. Bu da xəbər düzümündə müəyyən dəyişikliklər yarada bilər. Hər bir xəbər proqramının həyəcanla izlənməsi üçün bu, vacib detallardan biridir”.


Ekspert bildirib ki, idman, hava xəbərləri blokları adətən ayrılır:

"Amma böyük hadisələr olanda düzümdə fərqliliklər müşahidə edilə bilər. Xəbər blokunda öncə vacib xəbərlər vurğulanmalıdır. Düzümün növləri çoxdur. Məsələn, sərt düzümdə mövzu sıralaması sərt gedir. Yaxud çevik düzümdə yerlər tez-tez dəyişilə bilir. Ən önəmlidən önəmsizə doğru bir xəbər bloku qapanır, daha sonra başqa bir blok başlayır və eynilə davam edir. Eyni zamanda aralıq düzüm var və orada sərt, çevik düzümlərin elementlərindən istifadə olunur”.

Müsahibimizin fikrincə, Azərbaycan televiziyaları xəbər düzümünə ciddi diqqət ayırmır:

"Düzümlərdə fərqli yanaşma bizim televiziyalarda hiss olunmur. Tamaşaçını saxlamaq baxımından yarış görə bilmirik. Yalnız ATV-nin xəbərlərində yüngül fərqlər, tamaşaçının marağına ciddi reaksiya az-çox hiss olunur”.




İmza:

“Sahil” metrosunu suyun altında qalmaqdan xilas etmişik - “Azərsu”

Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb

BŞİH: Ötən gün yağan yağış fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

İcazəsiz ov edən şəxs saxlanılıb

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mingəçevirdə seminar təşkil edib

Bakıda gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK