adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Mart 2018 12:34
23063
KRİMİNAL
A- A+

Oğurluq edən keçmiş məhkumlar tutuldu

Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki mağazaların birindən tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Qazaxyolçular kənd sakinləri, əvvəllər məhkum olunmuşlar Amid Bağırov və Samir Namazov saxlanılıblar.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir mağazadan 130 manat pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.